Sumqayıtda keçmiş məhkum mebel salonunu qarət etdi

Hazırda oxunan: Sumqayıtda keçmiş məhkum mebel salonunu qarət etdi

21989

Sumqayıtda mebel salonundan 21 250 manat dəyərində 3 ədəd kondisioner oğurlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mebel salonlarının birindən 21 250 manat dəyərində 3 ədəd kondisioner, transformator hissələri, 1 ədəd “DVR”, 1 ədəd monitor, 15 ədəd görüntü kamerası, kamera-mühafizə rejimi qurğuları, yanğın təhlükəsizliyi komplekt siqnalizasiya sistemi qurğuları və 2 000 metr elektrik naqil oğurlanib.

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin