Şəmkir şəhərində mübahisə zəminində törədilən qətlin təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəmkir rayon sakinləri 1991-ci il təvəllüdlü Xudat Məmmədovla 1995-ci il təvəllüdlü Anar Süleymanov arasında mübahisə yaşanıb.
Bu zaman hər ikisi bir-birinə bıçaqla xəsarət yetirib. Hadisə yerində olan 1986-cı il təvəllüdlü Tural Gözəlov da dava zamanı bıçaq xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Müxtəlif dərəcəli bədən xəsarətlərindən A. Süleymanov vəfat edib. Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu