Narkomanlığın ilkin əlamətləri – O virusdur, peyvəndi yoxdur! 

Hazırda oxunan: Narkomanlığın ilkin əlamətləri – O virusdur, peyvəndi yoxdur! 

21982

“Bu gün əsas narkomaniya problemi Bakı və iri şəhərlərdədir. Daha sonra isə siyahıda regionlar və Bakı kəndləri gəlir. Kəndlərdə savadsızlığın, işsizliyin çoxluq təşkil etməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmaması bu məsələyə bir növ təkan verir. Narkomaniya koronavirus kimi bir yoluxucu virusdu. Biri yoluxdusa, digərlərinə də yayılır. Baxır ki, uşaqlıq dostu bunu edir, ona da maraqlı olur.  Beləcə də, yayılaraq gənclərin həyatını məhv edir”.

Narkomaniya üzrə ekspert Emil Maqalov Bizim.Media-ya açıqlamasında belə deyib. 

Biz ona sual etdik ki, günümüzdə cəmiyyət arasında gəzən söz-söhbətlərə inansaq, azyaşlıları narkotik aludəçisi etmək, şirnikləşdirmək üçün narkotik maddələr onlara “dostları” tərəfindən təklif olunur və tora salınırlar...

“Bu maddələrin azyaşlılara pulsuz təklifi mümkünsüz və bu haqda gəzən xəbərlər isə boş söhbətdir. “Narkotacirlərin” alverlərində heç bir problemləri yoxdur. Hətta deyim sizə ki, narkotik çatışmazlığı var. Bu bütün ölkələrdə belədir. Heç kim narkotik maddələri çölə tullamır ki, kim istəyir getsin götürsün. Hazırda bu çətin tapılan maddələrdir. Çünki bu qeyri-qanunidir və hər adama da satılmır. Məsələn “bariqa” alver edəcəyi insanları yaxşı tanımasa ona heç nə vermir, o, bilir ki, qanunu pozur kimsə bunu sata bilər”.
 

Ekspert aktual olan narkomaniyanın təbliğatı məsələsinə də toxunub. O, bildirib ki, hazırda narkomaniyanın təbliğatına böyük yer verilir. Onun sözlərinə görə, adicə filmlərdə və “Youtube” kanallarında bunlar açıq şəkildə göstərilir. 


Bu dəhşətli yayılan virus kimi bir şeydir. Baxılır, öyrənilir, ötürülür... Narkamanlıq maraq kimi ən dəhşətli virusdan başlayır və onun peyvəndi yoxdur:

“Dəfələrlə bunun filmlərdə şahidi oluruq. Burada narkotikanın necə alındığı, hazırlandığı demək olar ki, bütün proseslər göstərilir. Məsələn heroinin bişirilməsi, istifadəsini bilməyənlər də, bu filmlərə baxıb rahat şəkildə hər şeyi öyrənə bilər”.

Mütəxəssis qeyd edir ki, qonşu ölkələrdə - Erməsintan, Gürcüstan, İran və Dağıstanda Azərbaycana nisbətdə narkomaniya daha çox yayılıb. Onun sözlərinə görə, ölkəmizdə polisin narkomaniyaya qarşı güclü nəzarəti bu kimi xoşagəlməz halların qarşısını almağa yardımçı olur. 

''Narkomaniya çox böyük və dünyada yayılmış bəla olduğu üçün mütləq şəkildə buna cəmiyyət də qoşulub polislə birgə mübarizə aparmalıdır''.

Sonda Emil Maqalov əsasən övladlarında hər  hansı bir əlamətlərin yarandığını hiss edən valideynləri son dərəcə diqqətli olmağa çağırıb. 

“Adətən bütün valideynlər öz övladlarının vərdişlərini çox yaxşı bilir. Adicə onlarda istənilən mənfiyə doğru dəyişən bir əlamət olsa şübhələnməyə dəyər. Məsələn əgər hiss etsələr ki, həmin o insanın adicə yuxu rejimi pozulub, hərəkətlərində, danışıq tərzi dəyişilib, bu hansısa bir problemin xəbərçisi sayıla bilər. Gözlərin süzülməsi, əsəbilik, arıqlama da narkotikə aludəçiliyi göstərir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin