Qusarda Zəfər Günü qeyd edildi – FOTO

Hazırda oxunan: Qusarda Zəfər Günü qeyd edildi – FOTO

219799

8 Noyabr - Zəfər Günü Qusar rayonunda da xüsusi təntənə ilə qeyd olunub. 

Bizim.Media xəbər verir ki, əvvəlcə şəhid ailələrinin nümayəndələri və qazilər, rayon rəsmiləri Qusar Şəhidlər Xiyabanında Qarabağ döyüşlərində canını fəda etmiş qusarlı şəhidlərin xatirə kompleksini və məzarlarını ziyarət ediblər. 
 

Sonra Şəhidlər Xiyabanı ilə üzbəüz yolun kənarında 44 günlük Vətən Müharibəsinin rəmzi olaraq 44 ağac əkilib. Zəfər bayramı daha sonra Qusar Mədəniyyət Mərkəzində davam etdirilib. 


"Qarabağa böyük qayıdış" adlanan ədəbi-kompoziya Qarabağ şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. 

Qusar rayon icra başçısı Sahir Məmmədxanov Zəfər bayramı münasibəti ilə etdiyi çıxışında Qusar şəhidlərinin hər birini hörmətlə anıb. 
 
Rayon rəhbəri Qarabağ müharibəsində Qusarın ümumilikdə 114 şəhid verdiyini deyib. Onlardan 70 nəfərin Birinci Qarabağ müharibəsində, 38 nəfərin Vətən mühaibəsində, 6 nəfərin isə antiterror əməliyyatında qəhrəmancasına şəhid olduğunu söyləyən Sahir Məmmədxanov tarixi Zəfər bayramı ilə əlaqədar hər bir şəhid ailə üzvünü, qazini və hər bir qusarlını təbrik edib.

Daha sonra Vətən müharibəsinin döyüş səhnələrini əks etdirən səhnəciklər göstərilib, vətənpərvərliyi tərənnüm edən mahnılar ifa edilib. Qusarlıların Zəfər tədbiri "Qarabağ Azərbaycandır" musiqili sonluqla başa çatıb. 
























Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin