Bakıda vətəndaşlara qarşı dələduzluq edən 6 nəfər TUTULDU

Hazırda oxunan: Bakıda vətəndaşlara qarşı dələduzluq edən 6 nəfər TUTULDU

219628

Paytaxtın Nəsimi, Nizami və Yasamal rayonlarında dələduzluqda şübhəli bilinən 6 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin 120.000, digər iki şəxsin 2200 və 6000 manatlarını, daha bir nəfərin isə mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 54 yaşlı H.Məmmədov, 27 yaşlı Q.Maşıyev, 23 yaşlı Ə.Babayev və 45 yaşlı X.İsmayılova müəyyən olunaraq saxlanılıblar.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 76 yaşlı bir nəfəri aldadıb hesabına 1200 manat pul ödətdirməklə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 69 yaşlı A.Əkbərov saxlanılıb.

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə 66 yaşlı bir qadının 12 000 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı P.Əliyeva müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin