Zaqatalada yeni doğulan daha bir körpə dünyasını dəyişdi

Hazırda oxunan: Zaqatalada yeni doğulan daha bir körpə dünyasını dəyişdi

219607

Zaqatalada növbəti körpə ölümü qeydə alınıb. Son bir həftə ərzində Rayon Mərkəzi Xəstəxanasında bu, ikinci körpə ölümü faktıdır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Yuxarı Tala kənd sakini Pərvana İsgəndərova noyabrın 4-də qeysəriyyə yolu ilə körpə dünyaya gətirib.

Yeni doğulan körpə bu gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində dünyasını dəyişib. Rayon Mərkəzi Xəstəxanasından körpənin hansı səbəbdən ölməsi barədə rəsmi məlumat verilməsə də, valideynləri bu haqda məlumatlandırılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl rayonun Yengiyan kənd sakini Sahibə Məmmədovanın da dünyaya gətirdiyi körpə vəfat etmişdi. Bu ölüm faktı ilə bağlı hazırda Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin