İnsanların “cibinə girən” taksi sürücüləri - Yağışlı havalarda qiymətləri niyə QALDIRIRLAR?

Hazırda oxunan: İnsanların “cibinə girən” taksi sürücüləri - Yağışlı havalarda qiymətləri niyə QALDIRIRLAR?

219520

Paytaxt Bakıda yağış və qar yağanda ictimai nəqliyyat iflic vəziyyətə düşür. Yollarda yaranan tıxaclara görə avtobuslar vaxtında mənzil başına çata bilmir. Metro stansiyalarından uzaq yaşayanlar da ümidlərini taksilərə bağlayırlar. Amma taksilər də ümidləri doğrultmur, belə ki, mülayim havada gedilən eyni yol üçün sürücülər daha çox, bəzən ikiqat gediş haqqı tələb edirlər.

Paytaxtda fərdi taksi fəaliyyəti ilə məşğul olanlarla yanaşı xeyli sayda taksi şirkəti mövcuddur. Amma şirkətlər də paytaxtın “dar macal”da qiymət qaldırma ənənəsinə sadiq qaldıqları üçün bu problemin heç vaxt həll tapmayacağı fikri formalaşır.

Bəs qeyri-sabit hava şəraitində taksi qiymətlərinin qalxmasının tutarlı səbəbi varmı

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov deyib ki, cəmiyyətə müsbət fayda verməyə şirkətlər maraqlı olmalıdırlar:
 

MÖVZU İLƏ BAĞLI:

Taksi şirkətləri faizləri ARTIRDI – Qiymətlər yenidən YÜKSƏLƏCƏK?


“Qiymət artımı heç bir cəmiyyətdə sevinclə qarşılanmır. Xüsusilə, yağışlı havada, gur saatlarda, bayram ərəfəsində, bir sözlə, taksilərə daha çox tələb olan vaxtda bunların olması müsbət qarşılanmır, insanlar bundan narazı qalırlar. Bu və digər formada insanlar öz etriazlarını, fikirlərini bildirməyə çalışırlar. Nəqliyyat vasitələrinin saz vəziyətdə olması, onların texniki götəriciləri ilə cəmiyyətə fayda vermək şirkətlərin özləri üçün maraqlı olmalıdır”.

Ekspert qeyd edib ki, qiymət artımına müxtəlif səbəblər göstərə bilərlər:

“Ola bilər ki, yağışlı havada sürücü çatışmazlığı, nəqliyyat vasitələrinin xarab olmasından qaynaqlanan çatışmazlığa görə qiymət artımı yarana bilər. Yağışlı havada əgər qiymət iki dəfə qalxırsa, qar yağanda ümumiyyətlə 5 dəfə qalxır. Bu, məslənin ən xoşagəlməz tərəfidir və  iqlimdən, havadan asılı deyil. İnsanlar və şirkətlərdən, onlara nəzarət edən qurumların iş prinsipindən asılıdır.

İmkan olarsa, işbaz adi havada da tıxacı bəhanə edib qiyməti artıra bilər. Amma məsələ belə olmamalıdır, müəyyən güzəştlər olmalı, kampaniyalar keçirilməlidir. Bu kimi xidmətlər olsa, həm insanlar məmnun qalar, həm də şirkətlər qazanarlar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin