Həyat yoldaşını bıçaqladı - POLİS TUTDU

Hazırda oxunan: Həyat yoldaşını bıçaqladı - POLİS TUTDU

219431

Gəncədə həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini 1992-ci il təvəllüdlü A. Rəhimovaya kəsici-deşici alətlə bədən xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tural Rəhimov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin