COVİD-dən sağalanlarda hansı fəsadlar illərdir davam edir? – İnfeksionistdən AÇIQLAMA

Hazırda oxunan: COVİD-dən sağalanlarda hansı fəsadlar illərdir davam edir? – İnfeksionistdən AÇIQLAMA

219361

Bildiyimiz kimi, 2020-ci ildə bütün dünyanı əhatəsinə alan “COVİD-19”, bir digər adıyla “Koronavirus” pandemiyasına görə milyonlarla insan həyatını itirdi və yaxud xəstəliyi ağır keçirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusa yoluxan gənclərdə infarkt riski iki dəfə ARTIB – ARAŞDIRMA

 

Korona xəstələrdə müxtəlif reaksiyalarla özünü göstərirdi. Bu simtomlara iy və dadbilmənin itməsi də daxildir. Qəribəsi budur ki, bu gün virusa illər əvvəl yoluxan bəzi  insanlarda fəsadlar hələ də qalıb.

Məsələn, 2020-ci ildə virusa yoluxan Fatimə Hüseynova deyir ki, iybilmə bərpa olsa da, dadbilməsində hələ də problem var. Elə həmin ildə yoluxan bir başqa vətəndaş Qəmər Əliyevanın sözlərinə görə isə onun iybilmə qabiliyyəti 3 il sonra bərpa olub.

Bizim.Media məsələ ilə bağlı infeksionist Mərdan Əliyevin fikirlərini öyrənib.  O bildirib ki, koronavirus sinir sistemimizə, reseptorlara təsir göstərməklə iybilmə və dadbilmə zəifləməsinə, təhrif olmasına, tamamilə itməsinə səbəb ola bilir”.

Bəs bu nə qədər müddətdə davam edə bilər?

İnfeksionistin sözlərinə görə bu, fərdi olaraq onun zədələnmə dərəcəsindən asılı olaraq bəzən qısa, bəzən uzun müddətə, bəzən isə aylarla, illərlə davam edə bilər:

Bunun nə vaxt bərpa olunacağını əvvəlcədən demək olmur. Fərdi olaraq hər kəsdə fərqli formada gedir, bəzi şəxslər var ki, onlarda illərdir bu proses davam edir. Bunun səbəbi isə zədələnən sinir sistemi, reseptorların çox  gec bərpa olmasıdır”-deyə Mərdan Əliyev qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin