Baş nazirdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə bağlı QƏRAR

Hazırda oxunan: Baş nazirdən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə bağlı QƏRAR

219346

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarla Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 11 nəfər müəyyənləşdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Kollegiyanın sədri müəyyənləşib.

Kollegiyanın üzvləri sırasında Dövlət Komitəsi sədrinin birinci müavini, DQİDK sədrinin müavinləri, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru, qurumun Aparat rəhbəri, Aparatının rəhbərinin müavini, Aparatın Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri, Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru, Komitənin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin