Azad edilmiş rayonlarda bu il tikinti işlərinə nə qədər pul xərclənib? - FOTO

Hazırda oxunan: Azad edilmiş rayonlarda bu il tikinti işlərinə nə qədər pul xərclənib? - FOTO

219341

2024-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 3 milyard 604 milyon 307 min manat vəsait sərf edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarda deyilir.

Mənbə qeyd edir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.9% və ya 266.3 milyon manat azdır.

Belə ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 3 milyard 870 milyon 597 min manat vəsait yönəldilib.

Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 797 mln. 437 min manat), Ağdam (527 mln. 112 min manat) və Laçın ( 567 mln. 497 min manat) rayonlarına ayrılıb.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda əsas kapitala 12 milyard 711 milyon manat vəsait yönəldilib ki, bununda 9 milyard 193 milyon manatı tikinti quraşdırma işlərinə sərf edilib. Beləliklə hesabat dövründə işğaldan azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə yenidənqurma işlərinə sərf olunan vəsaitin 39.2%-ni təşkil edib

Aşağıdakı cədvəldə cari ilin 9 ayı və ötən ilin müvafiq dövründə azad edilmiş ərazilərdə rayonlar üzrə tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitin həcmi verilib:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin