Səfirlikdən Rusiyadakı azərbaycanlılara müraciət

Hazırda oxunan: Səfirlikdən Rusiyadakı azərbaycanlılara müraciət

21933

Rusiya Federasiyasının ərazisində qeyri-qanuni yaşayan miqrantlarla bağlı bu ölkənin Daxili İşlər nazirinin birinci müavini, polis general-polkovniki Aleksandr Qorovoyun 16 aprel 2021-ci il tarixli bəyanatı ilə əlaqədar Səfirlik bu kateqoriyaya aid vətəndaşlarımıza müraciət edərək aşağıdakıları bildirir.

Bizim.Media xəbər verir ki, məlumatı Azərbaycanın Rusiyadakı səfirliyi yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları cari ilin 15 iyun tarixinədək Rusiya ərazisində öz hüquqi vəziyyətlərini nizamlamaq məqsədi ilə faktiki yerləşmə yerlərində, bölgə və şəhərlərdə Daxili İşlər Nazirliyinin ərazi orqanlarının miqrasiya məsələləri üzrə bölməsinə ən qısa zamanda müraciət etməlidirlər.
 

Rusiya qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq cərimə (təxminən 5 000 rubl) və ya rüsumun ödənilməsindən sonra onların Rusiya ərazisində statusunun leqallaşdırılması aparılacaqdır.


Səfirlik Rusiyada olan vətəndaşlarımıza qısa müddət ərzində aidiyyəti üzrə müraciət etməyi tövsiyə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin