Avtobuslardakı kart aparatları ilə bağlı PROBLEM – Balansdan pul niyə bir neçə dəfə ÇIXILIR?

Hazırda oxunan: Avtobuslardakı kart aparatları ilə bağlı PROBLEM – Balansdan pul niyə bir neçə dəfə ÇIXILIR?

219305

Bakı avtobuslarında Bakıkartdan ödənişlə bağlı problem var. Söhbət Lökbatan -“28 May” metrostansiyası üzrə hərəkət edən 125 saylı və  Sahil qəsəbəsi -"Sahil" metrostansiyası üzrə hərəkət edən 149 saylı marşrutlardan gedir. Son vaxtlar həmin avtobuslarda  “Bakıkart”ın tətbiq olunduğu aparatlar normal işləmir.
 

MÖVZU İLƏ BAĞLI:

Tarixə qovuşan birgedişlik “BakıKart”lar – Onların bərpası niyə müşkülə ÇEVRİLİB?


Bu barədə Bizim.Media-ya müraciət edən sərnişinlərin sözlərinə görə, kart tətbiqi zamanı aparatda çıxılan və qalıq məbləğ görünmür. Sərnişin ödəniş edərkən gediş haqqının çıxılmadığını zənn edir və onu təkrarən cihaza yaxınlaşdırır. Nəticədə kartdan bir dəfəlik deyil, bir neçə dəfəlik gediş haqqı çıxılır.

Qeyd edək ki, 149 saylı marşrut xətti üzrə gediş haqqı 70 qəpik, 125 saylı marşrut xətti üzrə gediş haqqı isə 60 qəpikdir.

Şikayətlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumun mətbuat xidmətindən  Bizim.Media -ya bildirildi ki, onlara bu haqda şikayət daxil olmayıb:

“Bu gün bizə belə bir şikayət gəlməyib. Ötən həftə belə problemlər yaranmışdı. Bəzi validatorlarda problem var idi, məbləğ çıxılmırdı. Biz də bu haqda açıqlama verdik. Bildirdik ki, “Bakıkart”ın texniki tamamlanması işləri gedir, ona görə belə problem yaranmışdı və o, həll olundu. Amma bu gün qeyd etdiyiniz şikayət gəlməyib. Deyilənləri araşdıracağıq”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin