Narkotik dövriyyəsinə görə həbs olunanların sayı kəskin ARTIB

Hazırda oxunan: Narkotik dövriyyəsinə görə həbs olunanların sayı kəskin ARTIB

218813

Azərbaycanda 2023-cü ildə 16,197 nəfər məhkum olunub. Məhkum olunanların çoxu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə həbs olunub. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ildə Azərbaycanda 7,505 nəfər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunub. 

Ötən illərə nisbətən bu cinayət növü ilə məhkum olunanların sayında artım müşahidə olunur.

Belə ki, 2022-ci ildə 7,498 nəfər, 2021-ci ildə 5,901 nəfər, 2020-ci ildə 3,117 nəfər sözügedən cinayətlərə görə məhkum olunub. 

Qeyd edək ki, 2023-cü ildə məhkum olunanların 2547-si oğurluq, 913-ü dələduzluq, 533-ü xuliqanlıq, 182-si qəsdən adam öldürmə, 52-si adam oğurluğu, 44-ü rüşvət və s. cinayət növləri ilə qeydə alınıb.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin