Hazırda "Keşlə"nin idman direktoru olan ötənlərin məşhur futbolçusu Ceyhun Sultanovun evini qarət edən şəxs tutulub.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisinin özü məlumat verib.
O bildirib ki, həmin şəxs ötən gün həbs edilən Cavid Süleymanovdur. Sultanov 3 il əvvəl baş vermiş hadisə ilə əlaqədar bu gün polisə ifadə verdiyini bildirib:
"Həmin Cavid Süleymanov adlı şəxs bizim mənzilə də girib. Bu gün ifadə də vermişəm. O, artıq tutulub. Sizin vasitənizlə hüquq-mühafizə orqanlarına təşəkkür edirəm. Onlar hər sahədə öz işlərini peşəkar görürlər. Bir çoxları deyirdilər ki, heç kim oğrunu tapa bilməyəcək. Lakin bizim polislərimiz həmin şəxsi yaxalamaqla, necə peşəkar olduqlarını sübut etdilər".
Sultanov ona dəyən ziyanın məbləğini açıqlamaq istəməyib:
"Mənim evimdən qızıl, xəz kimi qiymətli əşyalar götürülüb. Pul götürə bilməyiblər. Məbləği desəm, bir az düzgün çıxmayacaq".
İdman direktoru "Əşyalarınızın geri qaytalarılması ilə bağlı sizə nəsə deyilibmi" sualına belə cavab verib: "Bu gün ifadə vermişəm ki, evdən nələr aparılıb. Amma bu barədə dəqiq heç nə yoxdur. Olsa, olacaq, olmasa qalacaq. Bunu indi deyə bilmirəm. Həmin şəxsi görməmişəm. Sadəcə, müstəntiqlə görüşdüm".
Sultanov Yasamal rayonundakı evindən oğurluq olduğunu xatırladıb:
"Mən belə peşəkar oğru görməmişəm. Öz binamda eyvandan baxanda belə, qorxuram. Amma o, eyvanın fasadından necə düşübsə, peşəkar olduğuna əminəm".
Qeyd edək ki, Cavid Süleymanov və Əhməd Əhmədovun çoxmərtəbəli binalardan 2 milyonluq manatlıq oğurluq etdiyi açıqlanıb. Süleymanovun mənzillərə daxil olduğu, Əhmədovun isə prosesin həyata keçirilməsinə nəzarət etdiyi müəyyənləşib. (report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:46 / 21.05.2021
Məşhur futbolçusunun evindən oğurluq edənlər tutuldu - FOTO
Hazırda oxunan: Məşhur futbolçusunun evindən oğurluq edənlər tutuldu - FOTO
Hazırda oxunan: Məşhur futbolçusunun evindən oğurluq edənlər tutuldu - FOTO
21880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.