Alimpaşa Məmmədovun cəzası AZALDILDI

Hazırda oxunan: Alimpaşa Məmmədovun cəzası AZALDILDI

218764

Bu gün Gəncə Apelyasiya Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı və Alimpaşa Məmmədovun vəkilləri çıxış ediblər. 

Çıxışlardan sonra hakim qərarı elan edib. 
 

Qərara əsasən, apelyasiya şikayəti qismən təmin edilib. A.Məmmədovun cəza müddəti 1 il azaldılaraq 11 il 6 aydan 10 il 6 ay müddətə endirilib. Həmçinin “ABAD Şəmkir” MMC dövlət tərəfindən müsadirə olunub.


Qeyd edək ki, 2014-cü ildən həbs edildiyi günədək Şəmkirin icra başçısı vəzifəsində çalışmış Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. Eks-icra başçısı xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma, qanunsuz əldə edilmiş pulları leqallaşdırma və digər maddələrlə təqsirli bilinib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin