“Laçın postundan keçmək üçün müraciət edən olmayıb” - DSX

Hazırda oxunan: “Laçın postundan keçmək üçün müraciət edən olmayıb” - DSX

218762

“Ermənistan tərəfdən sərhədimizi keçməklə bağlı hər hansı müraciət və ya digər hallar müşahidə olunmayıb. Hazırda da Dövlət Sərhəd Xidmətinin aidiyyəti üzrə qurumları tərəfindən nəzarət təşkil olunur”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığının rəisi, general-leytenant Elşən Verdiyev Sərhəd Nəzarəti Komandanlığına təşkil olunan mediaturda qeyd edib.

Qurum rəsmisi qeyd edib ki, 2023-cü ilin aprel ayının 23-də Laçın Dövlət Sərhəd Buraxılış məntəqəsinin təməlqoyma mərasimi və orada infrastrukturun yaradılması tədbirləri həyata keçirilib.


Bu tədbirlər həyata keçiriləndən sonra Laçın Sərhəd Buraxılış məntəqəsində Sərhəd Nəzarəti Xidməti fəaliyyətə başlayıb. 

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin