Komitə sədrindən onkoloji xəstələrin tibbi sığortası ilə bağlı MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Komitə sədrindən onkoloji xəstələrin tibbi sığortası ilə bağlı MÜHÜM AÇIQLAMA

218761

“Deputat həmkarlarımın dediyində həqiqiət var. Kadr çatışmazlığının azlığı, onkoloji xəstələrin icbari tibbi sığorta zərfindən kənarda qalması ciddi məsələdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O, bu məsələlərin aktual olduğunu bildirib:
 

“Mən səhiyyənin çox aşağı olması və tamamilə kadr çatışmazlığının olması ilə razı deyiləm. 4 il öncə səhiyyə büdcəsi 870 milyon idisə, indi bu rəqəm 3 milyardı keçib”.


Deputat icbari tibbi sığortanın yaxşı işlədiyini və getdikcə bundan məmnunluğun artdığını deyib.

Qeyd edək ki, plenar iclasda daha əvvəl çıxış edən deputatlar Aqil AbbasSəyyad Salahlı regionlarda həkim çatışmazlığının olduğu ilə bağlı fikirlər səsləndiriblər. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin