21 mindən çox şəxs xarici ölkələrə BURAXILMAYIB – RƏSMİ

Hazırda oxunan: 21 mindən çox şəxs xarici ölkələrə BURAXILMAYIB – RƏSMİ

218755

“Sərhəd Nəzarəti Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hal-hazırki vaxta qədər axtarışda olan 26 min 865 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Ümumilikdə 86 123 min əməliyyat tapşırığı yerinə yetirilib”. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığının rəisi, general-leytenant Elşən Verdiyev Sərhəd Nəzarəti Komandanlığına təşkil olunan mediaturda qeyd edib.

Onun sözlərinə görə 2296 halda saxta, 178 halda özgəsinə məxsus sənədlərlə dövlət sərhədini keçməyə və 19 halda gizli şəkildə dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb:

“Dövlət sərhədini keçməyə hüquq verən sənədləri olmayan 58503 min nəfər barəsində müvafiq qərarlar qəbul edilib. Müxtəlif səbəblərdən arzuolunan şəxs qismində 21006 nəfər əcnəbi ölkə ərazisinə buraxılmayıb.

Eyni zamanda qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik malların qeyri-qanuni dövriyyəsi mübarizəsi çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 3599 halda aşkarlanaraq götürülmüş qaçaqmalın ümumi dəyəri 442 milyon 227 min 857 manat təşkil edib.


Həmçinin narkotik malın qeyri-qanuni dövriyyəsi mübarizəsi çərçivəsində 1028 halda ümumi çəkisi 7 ton 322 kq 400 qram narkotik vasitə və 86246 ədəd psixiatrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin