Deputatdan ETİRAZ: “Tibbi sığorta ilə xəstəxanaya gələnləri acıqla qarşılayırlar”

Hazırda oxunan: Deputatdan ETİRAZ: “Tibbi sığorta ilə xəstəxanaya gələnləri acıqla qarşılayırlar”

218754

“Xəstəxanalara tibbi sığorta ilə gələnləri qeydiyyat şöbəsində çox acıqlı şəkildə qarşılayırlar. Çünki onların vərdiş etdikləri, o nüans artıq yoxdur. Bildiniz, mən nəyi nəzərdə tuturam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Səyyad Salahlı (Aran) parlamentin noyabrın 1-i keçirilən iclasında deyib.

O bildirib ki, Azərbaycanda həkim çatışmazlığı var:

“İmişli Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir. O boyda rayonda bir psixiatr var. Bəs camaat kimin üstünə getməlidir? Pensiya yaşına çatan kimi müəllimi məktəbdən çıxarırlar, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Çünki həkim çatışmazlığı var”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin