Deputatdan TƏKLİF: “Dağ kəndlərində qaz limiti ləğv olunsun”

Hazırda oxunan: Deputatdan TƏKLİF: “Dağ kəndlərində qaz limiti ləğv olunsun”

218747

“Dağ kəndlərində qaz limitinə yenidən baxılmasını təklif edirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, dağ kəndlərində havaların soyuq keçdiyi ayların sayı çoxdur və kənd əhalisi də bu aylarda qazdan daha çox istifadə edir:

“Hazırda qazın bir kubuna görə 25 qəpikdən az ödəyənlərin sayı çox azdır. Onların əksəriyyəti də dağ kəndlərindədir. Hesab edirəm ki, bu dövlətə maliyyə yükü olmayacaq. Bu, vətəndaş məmnuniyyəti yaradacaq. Dağ kəndlərində limitin aradan qaldırılması , sonra isə bunun bütün Azərbaycana şamil edilməsini təklif edirəm”.

Günay Şahmar, Bziim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin