”28 May”ın qarşısı yenidənqurma işlərindən sonra – FOTO

Hazırda oxunan: ”28 May”ın qarşısı yenidənqurma işlərindən sonra – FOTO

218742

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. 

Bizim.Media xəbər verir ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident “28 May”ın qarşısında yaradılan şəraitlə TANIŞ OLDU - FOTO


Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb.

Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb.

Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb. 






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin