Erkən abortlarla bağlı XƏBƏRDARLIQ – Sağalmaz fəsadlara SƏBƏB OLUR

Hazırda oxunan: Erkən abortlarla bağlı XƏBƏRDARLIQ – Sağalmaz fəsadlara SƏBƏB OLUR

218632

Xəbər verdiyimiz kimi Azərbaycanda qadınlar arasında sonsuzluq problemi daha da artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2023-cü ildə 2026 nəfər qadına ilk dəfə sonsuzluq diaqnozu qoyulub.

Qeyd edək ki, 2022-ci ildə qadın sonsuzluğu ilə 1688 nəfər qadına diaqnoz qoyulub. 2021-ci ildə isə bu rəqəm 1458 nəfərə bərabər olub. Bu da qadın sonsuzluğunun ilbəil artdığını göstərir.
 

MÖVZU İLƏ BAĞLI:

2500-dən çox azyaşlı ABORT etdirib – Bəs onlarla münasibətdə olan şəxslər CƏZALANDIRILIRMI?


Sonsuzluqla parallel Azərbaycanda 15-19 yaş qrupları arasında abort etdirənlərin sayı kəskin artıb. Belə ki, Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə abortların 2080-i 15-19 yaş aralığında qeydə alınıbsa, 2023-cü ildə bu rəqəm 2596 olub. 

Bəs, erkən yaşda abort sonsuzluğa səbəb ola bilərmi?

Məsələyə münasibət bildirən tanınmış həkim-ginekoloq Təranə Həsənova Bizim.Media-ya bildirib ki, sonsuzluğun artmasının bir səbəbi də erkən abortdur:

“Abortun fəsadlarından biri isə sonsuzluqdur. Çünki abort uşaqlıq boşluğunun selikli qatında- endametriyada bitişmələr əmələ gətirir. Biz buna sinixiyalar deyirik. Bu sinixiyalar birbaşa sonsuzluğa səbəb olur. Bundan əlavə uşaqlıq boşluğunda əməliyyat aparılarkən endametriyada bir sıra əlavə törəmələr meydana çıxır. Məsələn, polib kimi.

Abortdan sonra çox zaman heç nə əmələ gəlmir, hamiləlikdə hamiləliyi başa çatdırmaq olmur və erkən düşüklər baş verir. Aparılan heç bir müalicə fayda vermir.

Bunlar hamısı abortun fəsadlarıdır. Ona görə də əminliklə demək olar ki, abort sonsuzluğa qədər aparıb çıxara bilir. Nəticədə, sonsuzluğun sayının artmasında abortlar xüsusi pay sahibinə çevrilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin