Saxlanma Mərkəzində saxlanılan əcnəbilərlə bağlı YENİ QAYDA

Hazırda oxunan: Saxlanma Mərkəzində saxlanılan əcnəbilərlə bağlı YENİ QAYDA

218616

Saxlanma Mərkəzində saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi təhlükəsizlik hüququ ilə bağlı yeni qayda müəyyən edilir.

Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı Mərkəzdə saxlanılan digər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, Mərkəzin rəisinə təhlükəsizliyinin təmin olunması üçün yazılı və ya şifahi qaydada müraciət etmək hüququna malikdir.

Mərkəzin rəisi belə təhlükəyə məruz qalan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin