İcma: Qərbi Azərbaycanda 300-dən çox məscid dağıdılıb - FOTO

Hazırda oxunan: İcma: Qərbi Azərbaycanda 300-dən çox məscid dağıdılıb - FOTO

218544

Qərbi Azərbaycan İcmasında Amerika Birləşmiş Ştatlarının Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı “Northwood” kilsəsinin baş pastoru Bob Roberts, Qlobal Məsələlər İnstitutunun vitse-prezidenti Ceyms Çen və İcma rəsmiləri arasında görüş keçirilib.

İcmadan Bizim.Media-ya bildirilib ki, görüşdə qonaqlara Qərbi Azərbaycan həqiqətləri barədə məlumat verilib, soydaşlarımızın ötən əsr boyunca öz ata-baba yurdlarından mərhələlərlə deportasiya edilmələri barədə danışılıb.
 

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu deportasiyalardan sonra Qərbi azərbaycanlıların doğma yurdlarında qalan zəngin maddi-mədəni irsi, o cümlədən 300-dən çox məscid, saraylar, qala və karvansaralar, o cümlədən 500-ə yaxın qəbiristanlıq da yerlə-yeksan edilib.


İcmanın Gənclər Şurasının sədr müavini, deputat Kamal Cəfərov qonaqlara məscid və məzarlıqların dağıdılmasının dini baxımdan da heç bir ölçüyə sığmadığını, Ermənistanın bu cür davranışlarına dərhal son verməsinin vacib olduğunu bildirib.

İcmanın İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası Şöbəsinin müdiri Ülviyyə Zülfiqar dünyanın bütün ölkələri, o cümlədən ABŞ-da da Qərbi azərbaycanlıların haqq işinin dəstəklənməsinin mühüm əhəmiyyət kəsb etdiyini, beynəlxalq hüququn norma və prinsiplərindən olan qayıdış hüququnun həyata keçirilməsi istiqamətində əməkdaşlıq edilməli olduğunu vurğulayıb.

Pastor Bob Roberts isə bildirib ki, Qərbi Azərbaycanla bağlı daha əvvəl Qərb mediasından eşitmiş olsa da, indi məsələnin əsl mahiyyəti ilə bağlı daha təfsilatlı və doğru məlumata malik oldu.

Pastor Bob Roberts isə bildirib ki, əvvəllər Qərbi Azərbaycan mövzusunu yalnız Qərb mediasından eşidib, lakin indi bu məsələnin əsl mahiyyətini daha təfsilatlı və doğru məlumatlarla öyrənmiş olub. O, Azərbaycandakı yüksək tolerantlıq səviyyəsini qeyd edərək, sülh və barışıq naminə bu modelin hər iki ölkədə tətbiq olunmasının vacibliyini vurğulayıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin