Azərbaycanda ən çox hansı yaş aralığında olanlar SİQARET ÇƏKİRLƏR?

Hazırda oxunan: Azərbaycanda ən çox hansı yaş aralığında olanlar SİQARET ÇƏKİRLƏR?

218501

2023-cü ildə Azərbaycanda 15 yaşdan yuxarı siqaret aludəçilərinin 96 faizi hər gün siqaret çəkib.

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesablamalara görə, əhali arasında daha çox sənaye üsulu ilə istehsal edilmiş siqaretdən istifadə olunub.

15-19 yaş aralığında olan siqaret istifadə edən gənclərin 35.7 faizi hər gün, 64.3 faizi isə arabir siqaret çəkib. 44-64 yaş aralığında isə siqaret aludəçilərinin 97.6 faizi hər gün siqaret çəkib. 20-44 yaş aralığında bu faiz dərəcəsi 94.3, 65 yaşdan yuxarı isə 97 faiz təşkil edib. 

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin