Azərbaycanda QİÇS xəstələrinin sayı 10 min nəfəri KEÇDİ

Hazırda oxunan: Azərbaycanda QİÇS xəstələrinin sayı 10 min nəfəri KEÇDİ

218494

Azərbaycanda QİÇS xəstələrinin sayı çoxalıb. 2022-ci ildə 89 nəfərdə ilk dəfə qazanılmış immunçatışmazlıq sindromu (QİÇS) aşkar edilmişdisə, 2023-cü ildə bu rəqəm artaraq 169 olub.

Bizim.Media Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ildə ümumilikdə 2844 nəfər QİÇS ilə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub.

Qeyd edək ki, insanın immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliyə görə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 10,692 nəfər olub. Onlardan 886 nəfərində bu diaqnoz ilk dəfə qoyulub. 2022-ci ildə isə sözü gedən virusa yoluxan cəmi 9,806 nəfər qeydiyyatda olub.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin