Xəyanətin AĞIR NƏTİCƏSİ – Aldadılan şəxslər bu xəstəliklərə düçar ola BİLƏRLƏR

Hazırda oxunan: Xəyanətin AĞIR NƏTİCƏSİ – Aldadılan şəxslər bu xəstəliklərə düçar ola BİLƏRLƏR

218484

Sevgi ən ülvi hissdir. İnsanı həyata bağlayan, ona yaşamaq eşqi verən də məhz eşqdir. Amma sevgidə xəyanət görən insanların həyatı heç də uğurlu və rahat olmur. Hətta xəyanət görən insanlar çox asanlıqla müxtəlif xəstəliklərə tutula bilirlər. Məsələn, ABŞ-dan olan bir qrup tədqiqatçı belə qənaətə gəliblər ki, münasibətlərdə aldatma xroniki sağlamlıq problemlərinə səbəb ola bilər.

"Journal of Social and Personal Relationships" jurnalında dərc olunmuş son araşdırma, monoqam münasibətlərdə xəyanətin təkcə emosional sıxıntıya deyil, həm də ciddi uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola biləcəyini təsdiqləyir.
 

Tədqiqatçılar 33-84 yaş arası 2500-dən çox iştirakçının sağlamlıq, demoqrafik xüsusiyyətlər və əlaqələrdən məmnunluq səviyyələri daxil olmaqla məlumatları təhlil ediblər. Onlardan xəyanət halları barədə soruşublar, həmçinin doqquz il ərzində sağlamlıq durumlarını izləyiblər.


Nəticələr göstərib ki, ürək xəstəlikləri, miqren və artrit kimi xroniki xəstəliklərin yüksək nisbətləri ilə xəyanət yaşayan insanlar arasında birbaşa əlaqə var.

Tədqiqatçılar həmçinin dostlar və ailənin köməyi kimi sosial dəstəyin xroniki xəstəlik riskini azalda bilib-bilmədiyini araşdırıblar. Nəticələr göstərib ki, bu, psixo-emosional vəziyyətə müsbət təsir göstərə bilər, lakin sağlamlıq problemlərinin qarşısını almaq iqtidarında deyil.

"Tərəfdaşın xəyanəti xroniki sağlamlıq üçün uzunmüddətli nəticələrə səbəb ola bilər ki, bu da xüsusilə həssas insanlara aiddir", - deyə tədqiqatçılar bildirib.

Xəyanət daha hansı xəstəliklərə səbəb olur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova bildirib ki, sevgidə xəyanət hər bir insanın sağlamlığında müəyyən iz buraxır:

“Yanıma gələn qadınlarla söhbətdə müəyyən etmişəm ki, xəyanət görən qadınlarda ciddi psixoloji problemlər olur. Onlarda özgüvənlik aşağı düşür. Belələri daha aqressiv və gərgin olur. Ən pisi də odur ki, onların aqressivliyi çox aktiv olur. Ətrafdakılarla kobud davranır, hətta qarşısındakını təhqir etməkdən belə çəkinmir.  Təbii ki, uzun müddətli gərginlik və əsəb həmin insanın sağlamlığına da ciddi zərər verir.

Stresdən mədə ağrıları ortaya çıxır. Hətta gərginlik insanı infarkta qədər apara bilir. Ümumiyyətlə, belə bir deyim var ki, xəstəlik ya soyuqdan, ya da əsəbdən ortaya çıxır. Ona görə də sevgidə xəyanət görən həssas insanlar çox asanlıqla müxtəlif xəstəliklərə yoluxa bilirlər. 

Tədqiqatlar göstərir ki, uzunmüddətli özünəqapanma ağciyərə zərər verir. Qaraciyərdə ortaya çıxan xəstəliklərin də səbəbi bir çox hallarda məhz əsəb və stresdən qaynaqlanır. Yəni xəyanət elə bir şeydir ki, onu asanlıqla həzm etmək olmur. Onu ictimailəşdirmək mümkün olmadığı üçün hər kəs onu təkbaşına yaşayır. Bu da təbii ki, insanın sağlamlığına ciddi zərər verir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin