Nərimanovda ətrafa səpələnən ZİBİLLƏR – Məişət tullantıları günlərdir niyə DAŞINMIR? – FOTO

Hazırda oxunan: Nərimanovda ətrafa səpələnən ZİBİLLƏR – Məişət tullantıları günlərdir niyə DAŞINMIR? – FOTO

218458

Azərbaycanda ətrafın zibilləndirilməsi, məişət tullantılarının yığılması, daşınması uzun illərdir müzakirə olunur. Əvvəllər şəhər və rayonların bütün küçələrində zibil qabları ya yox idi, ya da çox az idi. Son illər yaşayış yerlərinə yaxın ərazilərdə, küçə və məhəllələrdə zibil yeşikləri  qoyulub. Lakin bəzi məhəllələrdə zibil qabları çox azdır. Yəni paytaxtda yaşayanların sayı hər gün artdığı üçün qoyulan zibil qabları məişət tullantılarının yığılması üçün bəs etmir.

Belə yerlərdən biri də Nərimanov rayonu Nazim Hacıyev küçəsidir. Bu keçədə bir neçə zibil yeşiyi qoyulsa da, günün sonunda zibil qabları dolduğu üçün sakinlər məişət tullantılarını qabların ətrafına qoymağa məcbur qalırlar.

Digər problemlərdən biri də məişət tullantılarının gec daşınmasıdır. Belə ki, məişət tullantıları gündə bir dəfə səhər saatlarında daşınır. Bəzi vaxtlarda daşınma qeyd olunan vaxtda həyata keçirilmir, bu səbəbdən də xoşagəlməz mənzərə yaranır.

Bəs belə vəziyyətin yaranmaması üçün qurumlar niyə üzərinə düşəni etmirlər?

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Dəfələrlə aidiyyatı və digər şöbələrə zəng etsək də, zənglərimiz cavabsız qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hövsanda həftələrdir daşınmayan tullantılar niyə məsələ ictimailəşəndən sonra yığışdırıldı? – FOTO


Xatırladaq ki, məişət tullantılarının daşınması və yığılması üçün sakinlər müvafiq qurumlara vəsait ödəyirlər. Məişət tullantılarının yığılması, daşınması Tarif Şurasının 29 iyun 2024-ci il tarixli qərarı ilə tənzimlənir.  Həmin qərarın 1-ci maddəsinə əsasən bərk məişət tullantılarının yığılması və daşınması üçün tarif 1 nəfərə görə 1 manatdır.

Lakin bəzi ərazilərdə mənzillərdə neçə nəfərin yaşamasından asılı olmayaraq ayda 3 manat, bəzi yerlərdə 6 manat vəsait toplanır. Yeni yaşayış binalarında bu, doğru olaraq mülkiyyətçinin seçimində iştirak etdiyi mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin müqavilə bağladığı şirkətə, bəzilərində qanunsuz olaraq ləğv olunmamış MTK-lara ödənilir.



Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin