“Bakıda məzilimdən 60 min manata yaxın oğurluq edilib. Hadisə 2019-cu ildə olub”.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev deyib.
“Hadisə ilə bağlı polis əməkdaşlarına müraciət etmişəm və hazırda araşdırma aparılır. Şişirdilmiş rəqəmlər çoxdur. O qədər pulu heç kəs evində saxlamaz. Evimdən 60 minə yaxın oğuruq edilib", - o bildirib.
Qeyd edək ki, C.İsayevin evindən oğurluğu paytaxt sakinləri - Cavid Süleymanov və Əhməd Əhmədov edib. Mayın 20-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hər iki şəxs saxlanılıb.
Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. (report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:48 / 21.05.2021
Azərbaycanda tanınmış həkimin evi qarət edildi - FOTO
Hazırda oxunan: Azərbaycanda tanınmış həkimin evi qarət edildi - FOTO
Hazırda oxunan: Azərbaycanda tanınmış həkimin evi qarət edildi - FOTO
21845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.