“Space”in yeni direktoru kollektivlə görüşmədən getdi...

Hazırda oxunan: “Space”in yeni direktoru kollektivlə görüşmədən getdi...

21844

Dünən “Space” telekanalına yeni rəhbər təyin edilən Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov kanal kollektivi ilə görüşməyib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, axşam saatlarında quruma gələn M.Hətəmov kanalın bəzi səlahiyyətli şəxsləri ilə görüşərək müzakirələr aparıb. Kollektiv yeni direktorun onlarla da görüşəcəyini gözləsə də bu baş tutmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Space”in icraçı direktorundan deputata SƏRT REAKSİYA – “Başı eyş-işrətdən açılmayan...”


Qeyd edək ki, yeni rəhbərin bu gün kollektivə təqdim edilməsi gözlənilir.

Mənbə bildrir ki, kanal əməkdaşları Müşfiq Hətəmovun da bundan əvvəl rəhbər təyin olunmuş direktor Ülviyyə Mikayılova kim kanalı qısa zaman ərzində tərk etməyəcəyinə ümid bəsləyir.

Xatırladaq ki, M.Hətəmov 2011–2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin