Övladını dənizdə boğaraq öldürən şəxsə 20 il həbs cəzası verildi - YENİLƏNİB​​​​​​​

Hazırda oxunan: Övladını dənizdə boğaraq öldürən şəxsə 20 il həbs cəzası verildi - YENİLƏNİB​​​​​​​

218429

Azyaşlı övladını dənizdə boğan Türkiyə vətəndaşı Yeşil Ahmet Turanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
 

Hökmə əsasən Ahmet Turan köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməkdə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, hadisə bu ilin martında Sumqayıt şəhərində qeydə alınıb.

11:55

Sumqayıtda azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Ahmet Yeşilin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Ahmet Yeşilin 20 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.


Qeyd edək ki, bu il martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilib.

Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin