Dünyada şöhrəti getdikcə artan Azərbaycan XURMASI – REPORTAJ/FOTO

Hazırda oxunan: Dünyada şöhrəti getdikcə artan Azərbaycan XURMASI – REPORTAJ/FOTO

218420

Ötən il xurma ixracından 127 milyon dollar gəlir əldə olunub. Bu il həmin rəqəm daha da artacaq.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu fikirlər bu gün Balakəndə təşkil edilən xurma festivalında səsləndirilib.

Xalqımız tarixən məhsul yığımını, məhsul bolluğunu böyük sevinc hissi ilə, şənliklər keçirərək qeyd edib. 2017-ci ildə Balakən rayonunda ilk dəfə beynəlxalq xurma festivalı keçirilməklə gözəl ənənənin təməli qoyulub. Bu ənənə Vətən Müharibəsindəki şanlı qələbəmizdən sonra yenə də davam etdirilir. Qoz-fındığı, tərəvəzi, meyvəsi ilə tanınan Balakən rayonu növbəti xurma festivalına ev sahibliyi edib.
 

Yeri gəlmişkən bu festival dörd illik fasilədən sonra keçirilir. Həm də Vətən Müharibəsində şanlı qələbəmizin ildönümünə təsadüf edir. Əldə etdiyimiz məlumata görə hazırda rayonda 800 hektar bar verən xurma ağacları var. Bu il 16 min tona yaxın məhsul istehsalı nəzərdə tutulur ki, bu da ölkədə istehsal edilən xurmanın 10 faizini təşkil edir.


Hələ ötən əsrin əvvəllərində rayonda bu sahə inkişaf etdirilib. Əhalinin əsas gəlir mənbəyi sayılıb. Son illər fermerlər daha çox təlabat olan tinglər yetişdirir. Fermer Məhəmməd Bazarov bildirir ki, dünya bazarlarında daha çox şişburun, rojebrilliant, xakaidir kimi xurma sortlarına təlabat böyükdür. Ona görə də həmin növ xurmanın tinglərini yetişdirirlər.

Festivalda Hənifə kənd sakinlərinin xurmadan hazırladığı dinozar kompozisiyası iştirakçıların diqqətindən yayınmır.

Söhbət əgər xurmadan gedirsə, onun mətbəximizdəki rolu da əvəzsiz və danılmazdır.

Rayon sakini Fatma Nooyeva “Mətbəximizdə xurmadan halva bişiririk, xurmanı qaynadıb ondan bəhməz hazırlayırıq, ev şəraitində xurma bəhməzindən konfetlər hazırlayırıq, müxtəlif növ şirniyyatlar bişiririk. Undan xaşıl hazırlayıb üzərinə xurma bəhməzi tökərək yeyirik.” -deyir. Müəllimə hələ zarafat da edir ki, indi nənəm burda olsaydı, barmaqla sayılıb qurtarmayacaq qədər məmulatların adını çəkərdi.

Azərbaycan Xurma İstehsalçıları və İxraçatçıları Assosiasiyasının İdarə heyətinin sərdi Qadir Yusifov bildirir ki, son illər Azərbaycan xurmasının ixrac coğrafiyası xeyli genişlənib. Təsadüfi deyil ki, dünyada xurma ixracına görə İspaniyadan sonra Azərbaycan gəlir.
 

“2018-ci ildən fəaliyyət göstəririk. Həmin dövrdən ölkəyə 80 milyon valyuta gəlməsinə baxmayaraq artıq 2023-cü ildə pik həddə çata bilmişik. Yəni 2023-cü ildə ölkəmizə xurmadan valyuta axını 127 milyon 146 min dollar təşkil edilib” deyən Qadir Yusifov sözlərinə onu da əlavə edir ki, sentyabr ayından xarici ölkələrə xurma ixracına başlanılıb. 


Festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə tamaşa edib. Balakən mətbəxinin nümunələrindən dadıblar. Folklor kollektivlərinin çıxışı, əyləncəli yarışlar festivalın ab-havasına xüsusi rəng qatıb.

















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin