Şəmkirin Ələsgərli kənd sakini, şəhid Zaur Nəbiyevin anası Lamiyə Nəbiyeva rayonun həbs edilən başçısı Alimpaşa Məmmədovun birinci müavini Qüdrət Nəbiyev tərəfindən təhqir olunduğunu iddia edir.
Bizim.Media xəbər verir ki, bu barədə şəhidin anası Lamiyə Nəbiyeva danışıb.
Bildirib ki, Şəmkir Rayon İcra Hakimiyyətindən dəfələrlə onunla əlaqə saxlayıb, ailəyə baş çəkmək istədiklərini deyiblər.
“İcra hakimiyyətində işləyən Tural müəllim içində vermişel, makaron, yağ olan bağlama gətirdi. Gəldilər evin qəzalı vəziyyətdə olduğunu gördülər. Mən kimsədən ev istəməmişəm. O zaman mənim gözümə ev görünmürdü. İcra nümayəndəsini göndərdilər, gəldi kağız verdi, dedi ki, təcili olaraq 3 gün ərzində evi tərk edin. Mən də dedim ki, Tural müəllim hara gedək? Cavab vermədilər. Sonra mənə zəng edib dedilər ki, icra hakimiyyətinə icra başçısı sizinlə görüşmək istəyir. Mən də getdim. Məni Alimpaşa Məmmədov deyil, 1-ci müavini Qüdrət Nəbiyev qəbul elədi. Tural isə deyirdi ki, səni başçının qəbuluna aparıram.
Otağa girəndə şalvarını çəkə-çəkə, əllərini ova-ova, ayağını ayağının üstünə qoyub “mən pis adamam ki" yüksək səslə qışqırırdı.
Deyirdi ki, başçı hər an dəyişə bilər, hər an gedə bilər, amma mən buradayam, mən sizin probleməri həll edəcəyəm. Sual etdi ki, nədir probleminiz? Dedim ki, mənim 18 yaşlı oğlum şəhid olub, övladı belə qalmayıb. İstədiyim o oldu ki, Şəmkirdə küçələrdən birinə oğlumun adı verilsin, onun adı yaşasın. Hətta bildirdim ki, bir bulaq çəkilsin, onun xərcini də özüm ödəyərəm. Birini çağırdı, dedi ki, get yaz. Sonra bildim ki, Qüdrət Nəbiyev 1 həftə əvvəldən başçının müavinliyindən çıxarılıb, təhsil şöbəsinin müdiri təyin olunub. Başladı ki, “sizin evinizin vəziyyətini görürəm, az qala deyim ki, gəlin bizim evdə yaşayın”. Bir tikinti şirkəti ilə uzun-uzadı danışıb “bunlara ev tikə bilərsənmi” dedi. Sonra da qızımdan soruşdu ki, işləyirsənmi? Qızım "Mən hərbiyə düzəlmək istəyirəm" dedi. Qüdrət Nəbiyev qızıma dedi ki, “Sənin qardaşın nə iş görə bildi ki, sən də gedib neyləyəsən? Uzağı gedəcəksən Kəlbəcərə, azərbaycanlı qadınların gündə birini əsir aparırlar, səni də əsir apara bilərlər. 1 aydan sonra minaya düşəcəksən, ya da orada ”voyenni" oğlanlar bilirsən hərbçi qızlara sataşır. Sonra da dedi ki, “sən də, anan da ərə gedin, bütün problemləriniz həll olunsun”. Qızım qalxıb cavabını vermək istədi, qoymadım. Bilmək istəyirik ki, bu adam bizi ora təhqir etməyə çağırıb?"
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:51 / 21.05.2021
Alimpaşa Məmmədovun müavini şəhid bacısını təhqir etdi: “Sənin qardaşın nə iş görə bildi ki...” - VİDEO
Hazırda oxunan: Alimpaşa Məmmədovun müavini şəhid bacısını təhqir etdi: “Sənin qardaşın nə iş görə bildi ki...” - VİDEO
Hazırda oxunan: Alimpaşa Məmmədovun müavini şəhid bacısını təhqir etdi: “Sənin qardaşın nə iş görə bildi ki...” - VİDEO
21840
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.