Ağcabədidə qardaşı arvadını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Ağcabədidə qardaşı arvadını qətlə yetirən şəxsə HÖKM OXUNDU

218322

Ağcabədidə qardaşı arvadını öldürməkdə təqsirləndirilən Elgiz Sərhad oğlu Məhərrəmova hökm oxunub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, Elgiz Məhərrəmov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında Ağcabədi rayonunda baş verib. Rəsmi məlumata görə, Elgiz Məhərrəmov rayonun Sarıcalı kəndi ərazisində yerləşən evdə qardaşı arvadı Nəzmiyyə Məhərrəmovaya bıçaqla xəsarət yetirərək öldürməkdə təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin