Ağdam şəhərinin daxili yollarının tikintisi nə vaxt başa çatacaq? - FOTO/VIDEO

Hazırda oxunan: Ağdam şəhərinin daxili yollarının tikintisi nə vaxt başa çatacaq? - FOTO/VIDEO

218240

Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə icra olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Mənbə qeyd edib ki, layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yollar 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Hazırda tikintisi davam edən yollardan fotoları təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin