Qadın sevgilisini yatdığı yerdə qətlə yetirdi: "Yanına çox kişi gəlib-gedirdi"

Hazırda oxunan: Qadın sevgilisini yatdığı yerdə qətlə yetirdi: "Yanına çox kişi gəlib-gedirdi"

218224

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəllsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Ruhiyyə Mürvət qızı Tahirovanın növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media "Unikal"a istinadən xəbər verir ki, cinayət işində şahid kimi tanınan zərərçəkmiş şəxsin anası Səriyyə İsrafilova ifadə verib.

O, oğlunun yatan yerdə öldürülməsindən narazılığını bildirib: "Bu qadının yanına çox kişi gəlib-gedirdi, Ruhiyyə mənim oğlumu yatdığı yerdə vurub. Qonşulara gedib deyib ki, oğlanı mən öldürmüşəm.

Oğlumu ailəsindən mən özüm ayırmışdım. Samir həbsxanadan çıxandan sonra qoymadım getsin Sumqayıta, yanımda qalırdı oğlum. O, metal yığıb məntəqələrə təhvil verirdi, elə olurdu gecələr evə gəlmirdi. Sən demə gedib bu qadının yanında qalıb. Mən balamı süpürgəçilikə böyütmüşəm".

Şahid Səriyyə İsrafilovanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Məlum olub ki, Samir 2019-cu ildə əfv sərəncamı ilə həbsdən azadlığa çıxıb.

Məhkəmə iclası 2 dekabr tarixinə kimi təxirə salınıb.

Xatırladaq ki, bu il mayın 30-da səhər saat 9 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində 38 yaşlı Samir Yanvar oğlu İsrafilovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, 48 yaşlı Ruhiyyə Mürvət qızı Tahirova polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Belə ki, onlar sevgili olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin