FHN-in "məşhur polkovniki" yenidən MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: FHN-in "məşhur polkovniki" yenidən MƏHKƏMƏ QARŞISINDA

218095

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 30-na təyin edilib.
 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddianın 4 min manatı təmin edilib. Hökmdən həm polkovnik, həm də zərərçəkmiş qadın apellyasiya şikayəti verib. Qadın qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan razı deyil.


O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini istəyir. Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib. Ali Məhkəmədə keçirilən prosesdə isə Zaur Mirzəyevin şikayətini geri götürdüyü elan edilib.

Xatırladaq ki, Zaur Mirzəyev 2023-cü ilin avqustunda həbs edilib.

O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub.

İttihama görə, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin