Britaniyanın “Piki Reels” klubunun 33 səyyahı Laçın şəhərində - FOTO

Hazırda oxunan: Britaniyanın “Piki Reels” klubunun 33 səyyahı Laçın şəhərində - FOTO

218017

Böyük Britaniyanın “Piki Reels” klubunun 33 səyyahı Kəlbəcər rayonundan sonra Laçın şəhərinə gəliblər.

Bizim.Media xəbər verir ki, onlar şəhərin Seyrangah adlanan ərazisindən ətrafı seyr ediblər.

Sonra qonaqlara Laçın rayonu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Laçın rayonu 1992-ci il may ayının 18-də erməni silahlı birləşmələri tərəfindən işğal olunub. İşğal dövrünə qədər rayon 125 kənddən, bir şəhər və bir qəsəbədən ibarət olub. Digər işğal altına düşmüş rayonlar kimi Laçın da ciddi dağıntılara məruz qalıb. Bir çox tarixi və mədəni abidələr vandalizmə məruz qalıb.

Şəhəri gəzən səyyahlar Laçında aparılan geniş tikinti-quruculuq işləri yaxından tanış olublar və xatirə şəkilləri çəkdiriblər.

Xatırladaq ki, bugünkü qrupa Belçika vətəndaşı Yves Bouvien başçılıq edir.

Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib.

Yeri gəlmişkən, hazırda Laçın rayonunda (Sus kəndi, Zabux qəsəbəsi və Laçın şəhəri) ümumilikdə 846 ailə - yəni 3128 nəfər daimi məskunlaşıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin