Xəbər verdiyimiz kimi, ötən gün şimal bölgəsi rayonlarının dağlıq ərazilərinə yenidən qar yağmağa başlayıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, ən çox qar Qubanın Qrız kəndinə yağıb: 9 sm.
Ən çox şaxta da (-8,8 dərəcə) bu yaşayış məntəqəsində qeydə alınıb.
Xınalıq, Buduq, Bostankeş, Qəley Xudat və digər kəndlərə də bu gecə qar düşüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu