Aviaşirkət adından fırıldaqçılıq faktları barədə AZAL-a məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, AZAL-dan verilən məlumata görə, fırıldaqçılar özlərini şirkətin insan resursları departamentinin əlaqələndiriciləri kimi qələmə verərək, insanları işə qəbulla bağlı fırıldaqçıların bank kartı nömrəsinə müəyyən vəsaitin köçürülməsinin zəruri olduğuna inandırırlar.
Qeyd edilib ki, aviaşirkət işə qəbul zamanı heç vaxt bu cür tədbirlərə əl atmayıb. “Azərbaycan Hava Yolları” ölkə vətəndaşlarını anonim və yoxlanılmayan mənbələrə inanmamağa çağırır.
“AZAL” QSC, öz növbəsində, fırıldaqçılıq faktının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:13 / 20.05.2021
"AZAL"ın adından fırıldaqçılıq edilir
Hazırda oxunan: "AZAL"ın adından fırıldaqçılıq edilir
Hazırda oxunan: "AZAL"ın adından fırıldaqçılıq edilir
21797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.