“Space”in icraçı direktorundan deputata SƏRT REAKSİYA – “Başı eyş-işrətdən açılmayan...”

Hazırda oxunan: “Space”in icraçı direktorundan deputata SƏRT REAKSİYA – “Başı eyş-işrətdən açılmayan...”

21796

“Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev millət vəkili Etibar Əliyevi sərt şəkildə tənqid edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə fikirlərini Facebook sosial şəbəkəsində qeyd edib.

“Hörmətli milllət vəkili Etibar Əliyev və onu dəstəkləyən, müdafiəsi uğrunda çaba atan digər millət vəkillərinə və hansı səbəbdənsə eyş-işrətdən başı açılmayan deputata xitabən:

Hörmətli Etibar Əlyev, siz statuslarınızda milləti maarifləndirmək arzusunda olduğunuzu bildirirsinız.  Kim "maariflənmək" istəmirsə, onları vicdansız adlandırırsınız.

Mənim hörmətli deputatım və sizə dəstək olan daha çox hörmətli millət vəkillərim! Dünənki təqvim günü, 19 may tarixi sizə heç nə demir? Bar- bar bağırırzız ki, məqsədiniz milləti maarifləndirməkdir. Hələ bir birinizə necə də dəstək verirsiniz...

19 may dahi Atatürkün və ölməz Əhməd Bəy Ağaoğlunun anım günü olduğunu bilirsiz?...”,- deyə K.Şahverdiyev millət vəkilindən sual edib.

Daha sonra icraçı direktor E.Əliyevi özünün qeyd etdiyi kimi “milləti maarifləndirmək”dən başqa bütün boş işlərlə məşğul olmaqda günahlandırıb.

“Dünənki statuslarınızda səhid bulağında sərinləşdirilərək soyuqdan tərləmiş araq butulkası sizi elə vəcdə gətirib ki, təsirindən hələ də çıxa bilmirsiniz...

Bu millət vəkili millətə, xalqa, seçicilərinə üz qarası olduğunu anlayıb millətdən, xalqdan,  seçicilərindən uzr istəməyincə, onun hər statusunu şərh etmək hüququmdan istifadə edəcəyəm. Düşünürəm ki, onu maarifçilik yolunda "can" qoyan birisi kimi oxuculara sırımaq istəyənlər də Əbdürrəhim bəy Vəzirovun  "maralları" kimi yaddaşlarımızda əbədi qalacaq...”

K.Şahverdiyev deputatın ona qarşı etdiyi iftiralara görə Milli Məclisə şikayət edəcəyini də bildirib:

“Bu deputatın dünən soyuq arağın təsirindən mənə yazdığı şəhid ailələrini necə manipulyasiya etməsi ilə bağlı şərhini Milli Məclsin  rəhbərliyinə təqdim etmək məcburiyyətindəyəm...”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin