Aşıq Ulduzun torpaq davası davam edir - Məhkəmə səs yazısını araşdırır - FOTOFAKT

Hazırda oxunan: Aşıq Ulduzun torpaq davası davam edir - Məhkəmə səs yazısını araşdırır - FOTOFAKT

21794

Aşıq Ulduza məxsus olan 145 min manatlıq torpaq ətrafında olan qalmaqal daha da alovlanmağa başlayıb.

Aşıq Ulduzun qızı, müğənni Sədaqət Ulduz Bizim.Media açıqlamasında bildirib ki, Bahar Əliyeva mənim şərəf və ləyaqətimi alçaldaraq, ərazinin mənə hansısa yüksək ranqlı məmur tərəfindən hədiyyə olunduğunu iddia edib:

“O, qadın mənə şər atır. Məni hamı tanıyır, ancaq kimdəsə mənim haqqımda mənfi rəy yaratmaq lazım deyil. Ona görə məsələ məhkəmədədir. Təhqirə görə mən təzminat tələb edirəm. Mənə əxlaqsız, qardaşıma isə narkoman deyir. İnsana bu cür şər atmazlar. Ayıbdır. Mən halal torpağıma yaxınlaşa bilmirəm. Mən Bahara sual vermək itəyirəm, axı o kimdir ki, mənim halal torpağımda nəsə etsin. Bizim tələbimiz qanunidir”.
 

MÖVZU İLƏ BAĞLI:

Bina sakinləri Aşıq Ulduza qarşı ayağa qalxdı - “Heç bir qərarda tikintiyə icazə yoxdur” - FOTO - VİDEO


Digər tərəf Bahar Əliyeva isə Sədaqət Ulduza cavab verib. O, bildirib ki, Sədaqət yalandan iddia edir ki, guya mən və atam məhkəmənin təyin etdiyi ekspertizaya getməmişik.

“Mən Bahar Əliyeva və atam İsmayıl Əliyev səs ekspertizasına getmişik və məhkəmə bizim lehimizə qərar verib. Qərarda bildirilib ki, səs bizə aid deyil. Bu montaj olunmuş versiyadır. Sədaqət yalan deyir, mən sizə sübut kimi məhkəmənin verdiyi ekspertiza rəyini də yollayacam. Sədaqət bizdən onu təhqir etdiyimizə görə, 100 min manat təzminat tələb edir”,- deyə o, bildirib.

Sədaqət  Ulduz isə onun bu ittihamına qarşı bildirib ki, ekspertiza rəyi üçün o qadının anası və qardaşı da mütləq şəkildə ekspertiza da iştirak etməlidir.

Təsəvvür edin ki, onlar hansısa səbəbdən bundan imtina edirlər:

“Əgər heç nədən qorxmurlarsa, onlar mütləq məhkəmənin qərarını yerinə yetirməlidirlər. Yenı bildirirəm ki, bu ailə bizdən torpağa görə pul istəyiblər. Məni buna görə məhkəmə ilə hədələyir. Get ver, mən də haqlı olduğumu sübut edim”.

Qeyd edək ki, qalmaqal mövzusu Binəqədi rayonu, Azadlıq metrosunun yaxınlığında, 8-ci mikrorayon ərazisindəki Aşıq Ulduza aid olan torpaq sahəsidir. Belə ki, mülkiyyət sənədləri olsa da S.S. Axundov küçəsində yerləşən 3A saylı binanın bir qrup sakini Aşıq Ulduza sözügedən torpaq sahəsində tikinti işləri aparmağa icazə vermir.

Araşdırmalar isə davam edir.

Şikayətçi Bahar Əliyevanın məhkəmə ekspertizasının göndərdiyi nəticələrin görüntülərini təqdim edirik:

Vüsalə Balayeva, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin