Paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kosayevi güllələyərək qətlə yetirməkdə təqsirləndirilən 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Bu barədə Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.
Bildirilib ki, Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Allahverdiyev İsmayıl İbrahim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib və iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Xatırladaq ki, hadisə bu ilin iyun ayında baş verib. İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilib. cinayət əməlini törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Hadisə Nərimanov rayonu "Metro Park" ticarət mərkəzinin qarşısında baş verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:04 / 26.10.2024
"Metro Park"ın qarşısında güllələnən gəncin qətli ilə bağlı MƏHKƏMƏ BAŞLAYIR
Hazırda oxunan: "Metro Park"ın qarşısında güllələnən gəncin qətli ilə bağlı MƏHKƏMƏ BAŞLAYIR
Hazırda oxunan: "Metro Park"ın qarşısında güllələnən gəncin qətli ilə bağlı MƏHKƏMƏ BAŞLAYIR
217909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.