Bəzi valideynlər uşaqlarına qəribə adlar qoymaq istəyiblər - İcazə verilmədi - VİDEO

Hazırda oxunan: Bəzi valideynlər uşaqlarına qəribə adlar qoymaq istəyiblər - İcazə verilmədi - VİDEO

217827

Bu il ölkəmizdə 3 nəfər övladına "X", 1 nəfər isə "D" adı qoymaq üçün müraciət edib.

Bizim.Media xəbər verir ki, terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, övladına “X” və “D” adı qoymaq üçün müraciət edən valideynləri fikrindən daşındırmağa çalışsalar da, onlar öz qərarlarında israrlı olublar.

Sayalı Sadıqovanın sözlərinə görə, ad dil normalarına uyğun olmadığı təqdirdə, onun qoyulması qadağan edilir.

Xezerxeber.az-ın məlumatına görə, qurum rəsmisi deyib ki, hətta həmin adlarla bağlı məhkəmə qaydasında imtina verilsə də, Avropa Şurasına müraciət ünvanlayanlar olub.

Bu yaxınlarda ən problemli məsələlərdən biri də Əli adının "Nindza" ilə dəyişdirilməsi müraciəti ilə bağlı olub. Valideynə imtina cavabı verilib, amma o israr edərək məhkəməyə müraciət edib.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin