Oğlu öldürülən atadan gözlənilməz çıxış - “Azadlığa buraxın!” - FOTO

Hazırda oxunan: Oğlu öldürülən atadan gözlənilməz çıxış - “Azadlığa buraxın!” - FOTO

217812

Sabunçu rayonunda dostunu amansızlıqla öldürməkdə ittiham olunan 18 yaşlı Rəhim Əsədovun məhkəməsi başlayıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclas maraqlı epizodla yadda qalıb.

Baxılan cinayət işində Rəhim həmyaşıdı Rəşid İmanovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməyə görə mühakimə edilir. Ona əməlinə görə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham verilib. Bu maddələrin sanksiya həddi də ömürlük məhkumluğa qədərdir.

Fotoda: Rəhim Əsədov


Öldürülən gəncin hüquqi varisi atası Rüstəm İmanovdur. O, məhkəmədə gözlənilməz çıxış edib. Oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, hətta dərhal azadlığa buraxılmasını xahiş edib. Onun dedikləri məhkəmə salonunda oturan hər kəsi təəccübləndirib:

“Mən istəyirəm onu azadlığa buraxasınız. Cavan uşaqdır. Nədir olub da… Olardı ki, mənim oğlum da onu öldürərdi. İstəmirəm o, mənim dustağım olsun”.

Hüquqi varisin bu sözləri Rəşidin nənəsini özündən çıxarıb: “Nə danışırsan sən, hara buraxsınlar? Mənim uşağımı yaman günə qoyana ömürlük cəza verilməlidir”.

Fotoda: Rüstəm İmanov


Novruz Kərimovun sədrlik etdiyi hakimlər və prokuror hüquqi varisin dediklərini başadüşülən hesab etməyib.

Cinayət işi araşdırılması üçün məhkəmə baxışına verilib.

Qeyd edək ki, bu hadisə 4 ay əvvəl baş verib. Təqsirəndirilən gəncə əvvəl 120-ci maddənin yüngül bəndi ilə cinayət işi başlansa da, istintaqın gedişində ona ağır maddələrlə yekun ittiham elan edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin