Azərbaycan telekanallarında ən çox nəyə baxılır? – FOTO

Hazırda oxunan: Azərbaycan telekanallarında ən çox nəyə baxılır? – FOTO

217777

Cari ilin 3-cü rübü ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların janr üzrə statistikası açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Audiovizual Şuranın yaydığı məlumatda qeyd edilib. 

Bildirilib ki, Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü ilin üçüncü rübü ərzində (iyul, avqust və sentyabr aylarında) ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. 

Statistikaya əsasən, ümumi olaraq açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların 21.1%-ni informasiya və analitik proqramlar təşkil edib.
 

Sıralamada daha sonra idman proqramları (16.5%), reklam məzmunlu materiallar (ümumi 15.4%), bədii film və seriallar (ümumi 15.1%) yer tutur. Mədəni-maarif janrlı proqramların (maarifləndirici, publisistik, tarixi-mədəni və sair materiallar) payı bütün kanallar üzrə ümumi olaraq 8.7% olub. 


Hər bir televiziya kanalı üzrə statistika ilə əlavə olunmuş slaydlarda tanış olmaq olar. 
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin