PA rəsmisindən sahibkarlığın inkişafı üçün görülən tədbirlərlə bağlı AÇIQLAMA

Hazırda oxunan: PA rəsmisindən sahibkarlığın inkişafı üçün görülən tədbirlərlə bağlı AÇIQLAMA

217753

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin birgə təşkilatçılığı ilə aparıcı media qurumlarının məsul şəxsləri və nümayəndələrinin iştirakı ilə Bakı KOB Evində “Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası”mövzusunda görüş keçirilir.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev sahibkarlıq subyektlərinə verilən dəstəkdən söz açıb:
 

“Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın əsas məqsədi rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaranmasına dəstək vermək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.


Biznesin müxtəlif sahələri üzrə müvafiq dövlət qurumlarının rəhbərliyi altında mühüm normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib, sahibkarlıq subyektlərinin inzibatçılıq yükünün azaldılması və fəaliyyətlərinin səmərəliliyinin artırılmasına xidmət edən yeni elektron xidmətlər və platformalar istifadəyə verilib, elektron sistemlərin tətbiq dairəsi genişləndirilib”.

Hürü Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin