Qəbələ Rayon Mərkəzi Xəstəxanasının nəzdində 3 ailə sağlamlıq mərkəzi, 30 tibb məntəqəsi və 5 həkim məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə isə burada 126 həkim, 407 orta tibb işçisi, 367 qeyri-tibb işçisi olmaqla 900 nəfər çalışır. Mərkəzin nəzdindəki tibb müəssisələrində çarpayı fondunun ümumi miqdarı 165-dır.
Bizim.Media xəbər verir ki, bu sözləri Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov tibb müəssisəsinə təşkil edilən mediatur zamanı deyib.
O bildirib ki, 2024-cü ilin yanvar-avqust aylarında tibb müəssisəsinə müraciət edən xəstə sayı ümumilikdə 95 min 24-ə çatıb:
"Tibb müəssisəsində hazırda cərrahiyyə, ginekologiya, pediatriya, terapiya, təcili tibbi yardım, yoluxucu xəstəliklər, şüa-diaqnostika, hemodializ şöbələri, laboratoriya fəaliyyət göstərir. 2024-cü ilin ilk 9 ayında isə ambulator xidmət 190 min 291-ə, stasionar xidmət 3 min 986, təcili tibbi yardım xidməti 23 min 951-ə çatıb. Həyata keçirilən əməliyyatların ümumi sayı 3110, doğum sayı 530, radioloji xidmətlərin sayı 63 min 756, laborator xidmətlərin sayı isə 213 min 512 olub”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:18 / 25.10.2024
Qəbələ Mərkəzi Xəstəxanasına 9 ayda 100 minə yaxın xəstə MÜRACİƏT edib
Hazırda oxunan: Qəbələ Mərkəzi Xəstəxanasına 9 ayda 100 minə yaxın xəstə MÜRACİƏT edib
Hazırda oxunan: Qəbələ Mərkəzi Xəstəxanasına 9 ayda 100 minə yaxın xəstə MÜRACİƏT edib
217734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.