Sabunçu tuneli ilə bağlı YOXLAMANIN NƏTİCƏSİ – “Subasmanın ADY-nin infrastrukturu ilə əlaqəsi yoxdur”

Hazırda oxunan: Sabunçu tuneli ilə bağlı YOXLAMANIN NƏTİCƏSİ – “Subasmanın ADY-nin infrastrukturu ilə əlaqəsi yoxdur”

217723

Bakıda “Komsomol dairəsi” kimi tanınan ərazidə yerləşən avtomobil keçidində nasos təsərrüfatının işlək vəziyyətdə olduğu təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin baş mühəndisi Əfqan İsrafilov “modern.az”ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, ADY-nin İnfrastruktur departamentinin rəhbərliyi və mütəxəssisləri, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Sabunçu rayon prokurorluğu tərəfindən ərazidə birgə yoxlama aparılıb:

"Yoxlama nəticəsində bütün nasosların yağıntının gücləndiyi tarixdə və tuneli yağış suları basana qədər işlək vəziyyətdə olduğu və hazırda da işlədiyi qeydə alınıb. Tuneldə baş vermiş subasma hadisəsinin ADY-nin infrastrukturu ilə, həmçinin nasos təsərrüfatı ilə əlaqəsi olmayıb".

Qeyd edək ki, oktyabrın 22-də Sabunçuda tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb, bir çox avtomobillər isə su altında qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin